Bizim ünvanımız

Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları 15

İŞ SAATLARI

B.e - Ş.: 10:00 - 20:00

Eksteryer dizaynı, interyer və Landşaft dizaynı

Komplekslik və gözəllik – eksteryer və interyer dizanlarının mütləq komponentləridir. Onlar bir gül dəstəsinə banzəyir: əgər hətta kiçicik bir detal ümumi təsvirlə uyğunlaşmasa, o, öz orijinal düşünülmüş gözəlliyini itirəcək. Hər bir xırdalıqın önəmi haqqında bilərək, bizim şirkət müxtəlif ticarət obyektlərinin, əyləncə və inzibati qurumlarının dizayn yaradılmasında kompleks yanaşma təklif edir. Bizdə siz interyer və eksteryer dizaynını sifariş edə bilərsiniz.

dom1

Eksteryer ev və ya bina fasadının sənət və arxirektur dizaynı olaraq, bir şəxsəxoş yaşayış şəraitini təmin edir.

Eksteryer dizaynı – bu ilk növbədə, yüksək peşəkarlıq və bədii yanaşma tələb edən bir işdir.

Eksteryer dizaynı – bu evin, restoran fasadının, binanın orijinal və cəlbedici xarici görünüşüdür. Müxtəlif üslub xüsusiyyətlərini ifadə edən və müştərinin fikrini reallıqa çevirən, evin və ya binanın xarici görünüşü – onun üzüdür. Məs elə buna görə də, bütün tikinti haqqında sonra illər ərzində dəyişilməyən ilk təəssürat yaranır. Bizim şirkət sizə evinizin eksteryerini hər hansı bir zövgə uyğun olaraq yaratmaqa imkan verir, torpaq sahənizin bütün landşaft xüsusiyyətlərinə uyğun, və eləcə də, sizin istəklərinizə uyğun olaraq, biz lanşaft dizaynı yaradıb, onu hormonik olaraq, evinizin fasadının dizaynı ilə uyğunlaşdıra bilərik.

İnteryer dizaynı – komfort və estetik mühit yaratmaq üçün, ev və ya qeyri-yaşayış məkanlarındaxili yerlərinin sənət və arxitektur layihəşdirilməsidir.

Evin interyer dizaynı, evdə yaşayan insanların daxili dünyası və xarakterini əks etdirir. İnteryerin harmoniyadan ibarət öz stil fəlsəfəsi var – hansını ki, belə mühitdə qaldığı zaman, insan mütləq hiss edəcək. Müəssənin, şirkətin, ofis və evin dizaynı, öz əhval-ruhiyyəsini, atmosferini və fərqli xüsusiyyətlərini daşıyır. Şirkətimizin kollektivi, gələcək interyerinizdə yalnız sizə xas olan unikal əhval və təsviri bildirməyə sevərək yardım edəcək yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir.

int2
int1

 Landşaft dizaynı – təbii maddələrin geniş istifadəsi yolu ilə, ərazinin xarici görünüşünün dəyişdirilməsi məqsədi üçün yollanılmış, ərazinin əzəməti üzrə xüsusi tədbir və həllər kompleksidir.Landşaft dizaynı sizin bağınızı gözəl, rahat və, ən əsası, orjinal və təkrar olunmaz etməyə qadirdir.

Sahəniz necə olacaq? Alpinarium və daş bağından ibarət olacaq mı, və yaxud gölməçə və gül ləkəsinə üstünlük verərsiniz? Bəlkə kottecinizin yanında, günəş şüaları altında favvarə axını oynasın və yaşıl xiyabanlar yarpaq xışıltısı altında gəzməyə çağırsın? Hansı stil sizə daha yaxındır: inglis, fransız, çin və yaxud yapon? Və ya, bəlkə sahənizin bəzəyi və qüruru ətir bağı olacaq? Landşaft dizaynında müasir yanaşım, sizin fantaziyanızın zənginliyini qətiyən məhdudlaşdırmır.

land
land2

Şirkətimizin yüksək ixtisaslı əməkdaşları tərəfindən yaradılmış məkanların interyer dizaynı, binaların eksteryer dizaynı və landşaft dizaynı, uzun illər ərzində gözlərinizi sevindirəcək!