Bizim ünvanımız

Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları 15

İŞ SAATLARI

B.e - Ş.: 10:00 - 20:00

Reklam pilonları

Bu ikitərəfli (nadir hallarda – birtərəfli) metal (polad) çərçivədən, alüminium profildən, pleksiglas vərəqdən və işıqdan ibarət olan qutudur. Küçələrdə (siti-format + skrollerlər), və həmçinin qapalı sahələrdə (interyer) istifadə olunur. Statik növündən aslı olmayaraq, içinə bir və ya bir neçə reklam plakatları yerləşdirilir. Pilon istifadəsinin üstünlüyü onun uzn ömürlüyündə, hər hansı bir havaya dözümlü olmasında, “göz səviyyəsində” məlumatı çatdırma imkanında və istismarının çox asanlığındadır.

Reklam pilonlarına çox tez-tez kinoteatr binalarıda rast gəlmək olar. Onların üzərində afişalar, prokatda gedən kinofilmlər plakatları yerləşdirilir. Onların effektiv istifadəsi həmçinin də geniş izdihamlı olan yerlərdir, məsələn, avtobus dayanacaqlarında, və yaxud metroda – potensial müştərinin ictimai nəqliyyat, və ya görüş gözləməsi zamanı, onun göz qarşısına mütləq pilonda yerləşən reklam məlumatı çıxacaq. Əsasən elə olur ki, gözləyən insan məs o reklamları öyrənir. Bu quğular, həmçinin ofis binalarında və ticarət mərkəzlərində də quraşdırılır.

Parlaq, özünə diqqət cəlb edən reklam pilonu, sahibinin biznesini təmsil edir, müştəri gözündə müsbət və daimi tərəfdaş təsvirini saxlayır. Reklam pilonu forma, rəng və ölçü çəçivəsi ilə məhdudlaşmır. Reklam pilonun xarici görünüşü tamami ilə ancaq Sizin tələblərinizdən və xəyallarınızdan asılıdır.

Reklam pilonlarının dəyişdirilməsi, onun konstruksiyasından asılıdır, bir çox pilonlar xüsusi, 12 plakata dək yerləşdirmə imkanı olan roller mexanizmi (skrollerlər) ilə təchiz olunub. Plakatlar sıxaclara bərkidilir. Pilonun işıqlanması axşam və gecə zamanı effektivliyini artıran lüminosent lampaları ilə həyata keçirilir. Pilona zərər vermək o qədər də asan iş deyil – möhkəm pleksiglas xarici təsirə çox yaxşı dözür, rezin və ya silikon möhürləmə lenti isə nəmliyl içəri keçirmir.